Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə dəhşət: kişi arvadının gözlərini çıxarıb, özü intihar edib - Yenilənb        

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir...

Gəncədə arvadını qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səttar Cəlilovun barəsində cinayət işi başlanılıb. 

Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.  

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

***

Gəncə şəhərində kişi həyat yoldaşının gözlərini çıxarıb, sonra isə intihar edib. Bütün bunlar isə onların qız övladının gözü qarşısında baş verib. 

“Report”un Qərb bürosunun məlumatına görə, axşam saatlarında Üzeyir Hacıbəyli küçəsində yerləşən evlərin birində 1965-ci il təvəllüdlü Səttar Cəlilov həyat yoldaşı - 1982-ci il təvəllüdlü H.Quliyevanın qollarını bağlayıb, daha sonra hər iki gözünü bıçaqla çıxarıb. Bu əməlin ardınca onun özünün ürək nahiyəsinə bir bıçaq zərbəsi vuraraq intihar etdiyi deyilir. 

Bütün bunlar isə onların qız övladının gözü qarşısında baş verib. 

Ailənin 9-cu sinifdə oxuyan oğlu isə hadisədən bir neçə dəqiqə öncə atası tərəfindən dükana göndərildiyi bildirilir. 

Qeyd edək ki, cütlük bir müddət küsülü olub. S.Cəlilov bir müddət öncə cərrahi əməliyyat olunduğundan qadın ona baxmaq üçün yenidən evinə qayıdıbmış. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və olayla bağlı araşdırma aparılır. 

***

Gəncə şəhərində qadın əri tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs isə sonra özünü bıçaqlayaraq intihar edib. 

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər ərazisində 1982-ci il təvəllüdlü H.Quliyeva gözlərindən bıçaq xəsarəti alıb və ağır halda xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən əri - 1965-ci il təvəllüdlü Səttar Qafar oğlu Cəlilov isə sonradan özünü bıçaqlayaraq intihar edib. 

Hadisə Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar